10 
May
2018
19:45
366
26
4403
Virtual karabakh

İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb

10 May, 2018
19:45
4403

İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ xüsusi xidmət orqanları İŞİD qruplaşmasının ən çox axtarılan beş başçısını yaxalayıb.

Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində açıqlayıb.

Mayın 9-da “The New York Times” qəzeti məlumatlı mənbəyə istinadən dörd iraq və bir suriya vətəndaşından ibarət beş İŞİD liderinin ələ keçdiyi xəbərini yaymışdı.

Mənbənin məlumatına görə, onların həbs olunması ilə yekunlaşan (ABŞ və İraq xüsusi xidmət orqanları tərəfindən aparılan) əməliyyat üç aya yaxın davam edib.

Terrorçu başçıların kimlikləri hələ ki, açıqlanmır.

F.M.
www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri