10 
May
2018
20:48
45
257
6487
Virtual karabakh

Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi

10 May, 2018
20:48
6487

Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd ərəb dövlətinin rəsmisi üçün görülməmiş bir bəyanatla çıxış edib.

Oxu.Az “Newsru.co.il” saytına istinadən xəbər verir ki, ali diplomat İsrailin Suriya ərazisində yerləşən İran obyektlərinə endirdiyi aviazərbələri dəstəkləyib.

“Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur, güc tətbiq etməklə dövləti münaqişə zonasına çevirməyə çalışır, istənilən dövlətin, o cümlədən İsrailin  özünü müdafiə etməyə və təhdid mənbəyini məhv etməyə haqqı ver”, - deyə XİN rəhbəri “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, İrana qarşı ümumi ədavət İsraillə Körfəz dövlətləri arasında strateji əməkdaşlığa yol açıb.  

Bundan əvvəl Səudiyyə Ərəbstanı və digər ərəb dövlətləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxmasını dəstəkləmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri