11 
May
2018
23:20
35
486
4613
Virtual karabakh

Paşinyan: Rusiya silahlarından imtina etməyəcəyik

11 May, 2018
23:20
4613

Paşinyan: Rusiya silahlarından imtina etməyəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Rusiyanın hərbi sənaye kompleksi müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalar Rusiya ilə Ermənistan arasında əməkdaşlığa mane olmayacaq.  

Oxu.Az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib.

“İnanmıram ki, kimsə Ermənistana təzyiq göstərməyə çalışacaq. Belə bir təhlükəni görmürəm.

Biz bir-birimizə çox sıx şəkildə bağlıyıq. Rusiya ilə əməkdaşlıq etməmək sadəcə mümkünsüzdü.”, - deyə Paşinyan bildirib .

Onun sözlərinə görə, Moskva ilə hərbi-texniki əməkdaşlıq Ermənistanın milli təhlükəsizlik məsələsidir.

“Öz təhlükəsizliyimizin ziyanına addımlar ataq deyə, bizə kimsə təzyiq göstərəcək? Buna inanmağım gəlmir”, - deyə Paşinyan əlavə edib.

F.M.
www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri