12 
May
2018
21:00
23
289
4926
Virtual karabakh

Sarkisyan yeni hökumətin bütün nazirlərini təyin edib

12 May, 2018
21:00
4926

Sarkisyan yeni hökumətin bütün nazirlərini təyin edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan prezidenti Armen Sarkisyan yeni hökumətin bütün nazirlərini təyin edib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, ölkə prezidentinin fərmanlarına əsasən, Mqer Qriqoryan baş nazirin müavini, Mane Tandilyan əmək və sosial məsələlər üzrə nazir, Atom Cancuqazyan maliyyə naziri, Artak Zeynalyan ədliyyə naziri, Arsen Torosyan səhiyyə naziri təyin ediliblər.

Bundan əlavə, Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vaqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqəladə hallar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbiətin mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin olunublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri