14 
May
2018
20:17
39
599
6281
Virtual karabakh

Qəzzada iğtişaşlarda ölənlərin sayı artır - YENİLƏNİB + FOTO

14 May, 2018
20:17
6281

Qəzzada iğtişaşlarda ölənlərin sayı artır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza-İsrail sərhədində baş verən toqquşamlarda israilli əsgərlərinin açdığı atəşdən ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə BBC Fələstinin səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.

Yaralıların 2200 nəfərdən çox olduğu bildirilir.

Qeyd edək ki, fələstinlilərin “Böyük qayıdış” yürüşü çərçivəsində keçirilən etirazlarda son altı həftə ərzində 100-dən çox insan həlak olub.

17:07

Qəzzada baş verən toqquşmalarda ölənlərin sayı 37 nəfərə çatıb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, yaralıların sayı mini keçib.

15:47

ABŞ-ın Qüdsdəki səfirliyinin açılmasına saatlar qalmış İsraillə Qəzza sektoru arasındakı ərazidə etiraz aksiyaları başlayıb. Aksiyalarda baş verən toqquşmalarda yeddi fələstinli həlak olub, 500 nəfər yaralanıb. 

Oxu.Az bununla bağlı “Hürriyət” qəzetinə istinadla xəbər verir. 

İsrail əsgərləri etirazçılara atəş açıb. 20-dən çox fələstinli güllə yarası alıb.

Şahidlərin sözlərinə görə, bir neçə fələstinli sərhəd keşikçilərinə bıçaqla hücum edib. Etirazçılar avtomobil şinlərini yandırıblar. 

Bu gün Qəzza sektorunda geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Onlar ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz edirlər. Aksiyalara bir milyondan çox insanın qoşulacağı bildirilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri