14 
May
2018
22:08
588
100
6237
Virtual karabakh

“Hizbullah” İsraili bombalamaqla hədələdi

14 May, 2018
22:08
6237

“Hizbullah” İsraili bombalamaqla hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təl-Əviv “qırmızı xətti” keçsə,  “Hizbullah” İsrailin yaşayış məntəqələrinə raket zərbələri endirməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bunu Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah “Əl-Manar” telekanalının canlı efirində bildirib.

“Təcavüzkar İsrail qırmızı xətti keçsə, cavab zərbəsini Fələstinin işğal olunmuş ərazilərində ala bilər, Holan yüksəkliklərində yox”, - deyə Nəsrullah bildirib.

“Hizbullah” lideri bildirib ki, Holan yüksəkliklərində İsrail mövqelərinə buraxılan raketlər rəsmi Təl-Əvivə bir ismarıc olub. Onun sözlərinə görə, iran-yönümlü qüvvələr İsrailin Suriya təcavüzünə layiqli cavab verməyə hazır olduğunu nümayiş etdirib.

“Bu ismarıc onu bildirir ki, artıq Suriyanın bombalanması və günahsız insanların öldürülməsi cəzasız qalmayacaq. Layiqli cavabın raketlə həyata keçirilməsi mütləq deyil, başqa vasitələrdən də istifadə oluna bilər.”, -deyə Nəsrullah vurğulayıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri