15 
May
2018
12:15
30
549
10985
Virtual karabakh

Fələstində etiraz aksiyalarının “simvolu” öldürüldü - FOTO

15 May, 2018
12:15
10985

Fələstində etiraz aksiyalarının “simvolu” öldürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağında İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var.

Oxu.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, ölənlər arasında etiraz aksiyalarına əlil arabasında qatılan müsəlman gənc də olub.

Fadi Əbu Salah adlı gənc Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı keçirilən etiraz aksiyalarının “simvolu” olub. 

29 yaşlı Fadi 2014-cü il martın 30-da İsrail hava hücumları zamanı ayaqlarını itirib. 

Qeyd edək ki, fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirir. Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası təcili iclasını çağırıb. Ölənlərin xatirəsinə hörmət əlaməti olaraq Türkiyədə üç günlük matəm elan olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri