16 
May
2018
16:27
36
251
3222
Virtual karabakh

Misirin kəşfiyyat rəhbəri “Həmas”ı İsraillə hədələdi

16 May, 2018
16:27
3222

Misirin kəşfiyyat rəhbəri “Həmas”ı İsraillə hədələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzzada son illərin ən kütləvi iğtişaşlarının baş verdiyi bir vaxtda “Həmas” lideri İsmayıl Xaniya xüsusi helikopterlə Qahirəyə gedib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “İsrael a-Yom” qəzetinin jurnalisti Daniel Sirioti məlumat verib.

O bildirib ki, Xaniya Misirin kəşfiyyat rəisi Abbas Kamelem tərəfindən Qahirəyə çağırılıb. 

Misir güc strukturlarına istinadla xəbər verən Sirioti yazıb ki, Kamel əvvəlcə Xaniyanı gözləməyə məcbur edib, bundan sonra onun üstünə qışqırıb və Qəzza zolağının təhlükəsizlik hasarından sakinlərin geri çağırılmasını kobud şəkildə tələb edib.

Qərargahda Xaniyaya başa salıblar ki, əgər vəziyyət belə davam etsə, İsrail hücuma keçəcək və “Həmas” liderləri məhv ediləcək.

Mənbənin sözlərinə görə, Kamel İsrailin dayanmaq fikrinin olmadığını başa düşdükdən sonra məsələyə müdaxilə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri