16 
May
2018
17:13
251
305
3802
Virtual karabakh

Qazaxıstanda niqab qadağan olundu

16 May, 2018
17:13
3802

Qazaxıstanda niqab qadağan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib. 

Oxu.Az “Ferqana” agentliyinə istinadla xəbər verir ki, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qadağa niqab daşıyanlara da şamil olunacaq. 

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir. 

Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb. 

“Bu, bizim xalqımızın ənənəsinə uyğun deyil. Bunun qanun səviyyəsində qadağan olunması vacibdir”, - Nazarbayev deyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri