16 
May
2018
21:57
164
22
2190
Virtual karabakh

Orbitin kosmik zibili lazerlə təmizlənəcək

16 May, 2018
21:57
2190

Orbitin kosmik zibili lazerlə təmizlənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq kosmik stansiya (BKS) təhlükəli kosmik tullantıların uzaqlaşdırılması məqsədi ilə xüsusi lazer silahla təchiz olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə bir qurğunun hazırlanması üzərində beynəlxalq alim qrupu tədqiqat aparır.

Hal-hazırda kosmosda xaotik şəkildə hərəkət edən tullantılarla toqquşmadan yan keçmək üçün BKS manevr etməli olur.

Yerdəyişmə stansiyanın mühərrikləri vasitəsi ilə və ya ona yan almış yük gəmilərinin köməkliyi ilə yerinə yetirilir. Belə manevrlər il ərzində bir neçə dəfə baş verir.

Məlumata görə, Rusiyada ilk peykin buraxılışının 60-illiyi ilə bağlı tədbirdə İtaliya, Fransa, Yaponiya və Rusiyadan olan alimlər toqquşmalardan yayınmaq üçün orbital lazerlərin tətbiqi ilə beynəlxalq əməkdaşlıq qrupu yaratmağı razılaşdırıb.

Hazırda Avropada mövcud olan orta güclü lazerlər orbitdə 10 santimetrə qədər ölçüdə olan tullantıların istiqamətini dəyişməyə imkan verir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri