17 
May
2018
22:49
177
47
1635
Virtual karabakh

Ukraynada “RİA Novosti”nin rəhbəri həbs olunub

17 May, 2018
22:49
1635

Ukraynada “RİA Novosti”nin rəhbəri həbs olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xerson məhkəməsi  “RİA Novostinin” Ukrayna bölməsinin rəhbəri Kiril Vışinski barəsində həbs qətimkan tədbiri seçib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ukraynskaya pravda” məlumat yayıb.

Məhkəmədə ittihamçı dövlətə qarşı xəyanətdə təqsirləndirilən portal rəhbərinin həbs olunmasını tələb etmişdi. Onun sözlərinə görə, digər qətimkan tədbiri seçilsəydi jurnalist sübutları məhv edib ölkədən qaça bilərdi.

Məhkəmə müdafiə tərəfinin jurnalistin girov müqabilində şərti azad edilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Bundan əvvəl Rusiyanın Dövlət dumasının deputatları birgə bəyanat verərək Ukrayna hökumətindən Vışinskinin dərhal azad edilməsini tələb etmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri