20 
May
2018
11:03
186
60
5707
Virtual karabakh

Berluskoniyə katibəsindən milyonlar miras qalıb

20 May, 2018
11:03
5707

Berluskoniyə katibəsindən milyonlar miras qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Silvio Berluskoniyə katibəsindən üç milyon avro miras qalıb.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

88 yaşlı tənha qadın Anna Ç. 20 gün öncə vəfat edib. Ölümündən əvvəl vəkillərinin köməyilə Berluskoni üçün “uzun illər birgə iş üçün minnətdarlığını” bildirən məktub hazırlayıb. Nəşrin məlumatına görə, mərhum üç iri əmlaka, iki bank hesabına sahib olub.

Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın baş naziri olub.

Fəaliyyəti dövründə ona qarşı 80 cinayət işi açılıb, 2,5 min məhkəmə işində iştirak edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri