20 
May
2018
15:39
56
463
9139
Virtual karabakh

Vəhşi pişik velosipedçini parçalayıb

20 May, 2018
15:39
9139

Vəhşi pişik velosipedçini parçalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da puma iki velosipedçini tələyə salaraq onlardan birini parçalayıb.

Oxu.Az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə USA Today məlumat yayıb.

İki kişi Sietlda dağlıq ərazidə velosiped sürürmüş. Saat 11 radələrində 911 xilasetmə xidmətinə zəng gəlir.

“Məni eşidirsiniz? Kömək edin!”, – dəstəyə qışqıran kişinin səsi kəsilir.

Polislər zəng edilən yeri tapır. Hadisə yerinə gələn polislər velosipedçilərdən birini parçalanmış, digərini isə yaralı görür. Aqressiv heyvan güllələnir.

Yaralı velosipedçi xəstəxanaya çatdırılıb, onu vəziyyəti ağırdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri