21 
May
2018
12:41
459
14
8219
Virtual karabakh

Ermənistan yenidən küçələrə axışır

21 May, 2018
12:41
8219

Ermənistan yenidən küçələrə axışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlarla fəal Ermənistanın Baş Prokurorluğunun və Kassasiya Məhkəməsinin qarşısına yığışaraq baş prokuror Artur Davtyanın istefasını və sabiq general Samvel Babayanın azad olunmasını tələb edirlər. 

Oxu.Az bununla bağlı TASS agentliyinə istinadla xəbər verir.

Aksiyanın təşkilatçılarından olan iqtisadçı Adranik Tevanyan bəyan edib ki, etirazçılar S.Babayan və bu hadisədə adı çəkilən siyasi məhbusların işinin saxtalaşdırıldığını hesab edirlər. 

Onun sözlərinə görə, etirazlarda fəallara Ermənistanın yeni baş naziri Nikol Paşinyan yaxından kömək edir.

“O bəyan edib ki, ölkədə siyasi məhbus qalmamalıdır. Biz istəyirik ki, bu proses tezliklə başa çatsın”, - A.Tevanyan qeyd edib. 

Sabiq general Samvel Babayan və altı tanışı 2017-ci ilin martında həbs edilib. Onlar qanunsuz silah saxlamada və çirkli pulların yuyulmasında ittiham olunaraq, altı il müddətinə azadlıqdan məhrum olunublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri