22 
May
2018
19:56
33
183
2843
Virtual karabakh

Rusiya sərhədindən zinət əşyaları keçirən azərbaycanlı saxlanılıb

22 May, 2018
19:56
2843

Rusiya sərhədindən zinət əşyaları keçirən azərbaycanlı saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanda federal gömrük xidmətinin əməkdaşları Rusiya sərhədindən qızıl zinət əşyaları keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Daqestanskaya Pravda” məlumat yayıb.

“Azərbaycandan Rusiya Federasiyasına gəlmiş Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin gömrük nəzarəti zamanı orada bəyan edilməmiş əlvan və sarı metaldan olan zinət əşyaları (sırğalar, boyunbağılar, qolbaqlar, kulonlar və s) aşkarlanıb.”, - deyə Rusiya gömrük xidmətinin məlumatında qeyd olunur.

Qanunsuz yolla sərhəddən keçirilən zinət əşyaları qiymətin müəyyən edilməsi üçün ekspert müayinəsinə göndərilib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri