23 
May
2018
14:59
12
433
4498
Virtual karabakh

Lavrov erməni nazirlə Qarabağı müzakirə etdi

23 May, 2018
14:59
4498

Lavrov erməni nazirlə Qarabağı müzakirə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyanla telefon danışığı zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Rusiya XİN tərəfindən yayımlanıb. 

“Mayın 23-də erməni tərəfinin təşəbbüsü ilə Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Zoqrab Mnatsakanyanla telefon danışığı aparıb. 

Danışıqlar zamanı tərəflər iyunun 1-də Düşənbədə keçiriləcək MDB dövlətlərinin hökumət başçılarının və iyunun 11-də Almatıda təşkil olunacaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər”, - məlumatda bildirilib. 

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri