24 
May
2018
14:20
93
153
2894
Virtual karabakh

Türkmən pambığı ABŞ-da qadağan edildi

24 May, 2018
14:20
2894

Türkmən pambığı ABŞ-da qadağan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ türkmən bambığının idxalına qadağa qoyub. 

Oxu.Az “Ferqana” agentliyinə istinadla xəbər verir ki, qərar ABŞ Milli Təhlükəsizlik Nazirliyi, həmçinin Gömrük və Sərhəd Xidməti tərəfindən qəbul olunub. 

Qadağa mayın 18-dən qüvvəyə minib. 

Pambıq sənayesində uşaq və məcburi əməyin aradan qaldırılması ilə məşğul olan “The Cotton Campaign” koalisiyası Amerika hökumətinin bu qərarını dəstəkləyib. 

“ABŞ Gömrük və Sərhəd Xidmətinin qadağası o mənanı verir ki, pərakəndə satıcılar və dünya markaları tez bir zamanda Türkmən pambıqlarını müəyyənləşdirməli və ondan imtina etməlidir”, - bu sözləri “The Cotton Campaign” həmtəsisçisi, “Responsible sourcing network” təşkilatının sədri Partisiya Curevits deyib. 

Bu təşkilat “Pambığ yığımında məcburi əməklə mübarizə” çərçivəsində İspaniyanın “İnditex”, İsveçin “İKEA” və “H&M”, ABŞ-ın “VF” və digər nəhəng şirkətlərin Türkmənistan pambığını almaqdan imtina etdirə bilib. 

“Hər il Türkmənistan hökuməti həkim və müəllimlərin də aralarında olduğu büdcədən maliyyələşənlərin on minlərlə insanı məcburi şəkildə pambıq yığımına aparır. 

Hətta 2017-ci ildə 10-15 yaşlı məktəblilər də bu işəə cəlb edilib”, - bu məlumatı “Türkmənistanın alternativ xəbərləri” agentliyinin redaktoru Ruslan Myatiyev deyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri