24 
May
2018
15:10
30
156
3200
Virtual karabakh

Beynəlxalq qrup: Mülki təyyarəni Rusiya “Buk”u vurub

24 May, 2018
15:10
3200

Beynəlxalq qrup: Mülki təyyarəni Rusiya “Buk”u vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın şərqində “Boeing” təyyarəsinin qəzasını araşdıran beynəlxalq istintaq komitəsi belə qənaətə gəlib ki, Malaziyaya məxsus laynerin vurulduğu bildirilən “Buk” zenit-raket kompleksi Rusiya Silahlı Qüvvələrinin 53-cü zenit-raket briqadasına məxsus olub. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Hollandiya milli polisində araşdırma departamentinin rəhbəri Vilbert Paulissen verib. 

“İstintaq qrupu bütün görüntüləri araşdırdıqdan sonra “Buk” kompleksi ilə bağlı vacib məlumatlar əldə edib. Bunlar arasında barmaq izləri də var.

Aparılan istintaq işləri çərçivəsində raketin Rusiyanın Kursk bölgəsindəki 53-cü briqadadan buraxıldığı məlum olub”, - Paulissen deyib. 

Bundan əvvəl qondarma Donetsk Xalq Respublikasının nümayəndələri Malaziya laynerinin qəzaya uğraması nəticəsində həlak olanların qalıqlarını Hollandiyaya təqdim edib.

“Malaziya aviaşirkəti”nə məxsus, Amsterdamdan Kuala-Lumpura uçan təyyarə 2014-cü il iyulun 17-də Donetskdə qəzaya uğrayıb. Hadisə zamanı 298 nəfər həlak olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri