24 
May
2018
20:10
253
112
5467
Virtual karabakh

Tramp Inla görüşünü ləğv etdi – YENİLƏNİB

24 May, 2018
20:10
5467

Tramp Inla görüşünü ləğv etdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Pxenyanın ABŞ vitse-prezidenti Mayk Pensin sözlərinə reaksiyası “sonuncu damla” oldu və bu iyunun 12-də Sinqapurda keçirilməli olan sammitin təxirə salınması ilə nəticələndi.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi məlumat yayıb.

Rəsminin sözlərinə görə, Vaşinqton KXDR  XİN rəhbərinin müavini Çxve Son Xi-nin bəyanatından hiddətlənib.

Xi  Şimali Koreyada “Liviya ssenarisinin” gerçəkləşəcəyinin mümkün olduğunu deyən Pensin “axmaq fikirlər səsləndirdiyini” bildirmişdi.

Vitse-prezident verdiyi müsahibələrin birində, KXDR-ın ABŞ-la ortaq məxrəcə gəlməyəcəyi təqdirdə, Şimali Koreyaya hərbi müdaxiləni istisna etməmişdi.

18:10

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina məktub ünvanlayıb.

Oxu.Az-ın “Reuters”ə istinadən məlumatına görə, ABŞ lideri məktubunda Kim Çen Ina bildirib ki, iyunun 12-də Sinqapurda planlaşdırılan görüşü ləğv edib.

“Mən sizinlə görüşməyə ümid edirdim. Lakin son bəyanatınızda böyük qəzəb və açıq düşmənçiliyi nəzərə alaraq, bu görüşü ləğv etməyi qərara aldım”, - Tramp yazıb.

D.Tramp qeyd edib ki, iyunun 12-də Sinqapurda planlaşdırılmış sammit baş tutmayacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri