25 
May
2018
00:03
51
211
2553
Virtual karabakh

Suriya aerodromu raket hücumuna məruz qalıb

25 May, 2018
00:03
2553

Suriya aerodromu raket hücumuna məruz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya ordusu Homs vilayətində yerləşən hərbi aerodroma endirilən raket zərbələrini dəf edib.

Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, bütün raketlər Suriyanın HHM sistemləri tərəfindən havada zərərsizləşdirilib.

Raket hücumu nəticəsində aerodromun yerləşdiyi rayonda bir neçə partlayış baş verib.  Ölən və yaralılar barədə hələ ki, məlumat yoxdur. Həmçinin hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyi açıqlanmır.

F.M.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri