25 
May
2018
21:00
266
37
8762
Virtual karabakh

Təqaüdçü təyyarəni villaya çevirdi – FOTO + VİDEO

25 May, 2018
21:00
8762

Təqaüdçü təyyarəni villaya çevirdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş amerikalı mühəndis, hazırda  təqaüddə olan Brüs Kempbel  2003-cü ildə Yunanıstanda istismardan çıxarılmış “Boing 727-400” təyyarəsini alıb.

Oxu.Az “Newsru.com” istinadən xəbər verir ki, o təyyarəni Portlend şəhəri yaxınlıxındakı meşəyə daşıyaraq layneri yaşayış üçün əlverişli məkana döndərib.

68 yaşlı mühəndis 350 kvadrat metr faydalı sahəsi olan təyyarəni ağac dirəklərə bərkidib. Bu unikal yaşayış evinin hazırlanmasına nə az, nə çox 10 il vaxt və 220 min dollar sərf edib.

“Boeing” də sıradan bir təyyarə deyil. Bir vaxtlar Onassis ailəsi (başqda Jaklin Kennedi olmaqla)  onun göyərtəsində mərhum milyarder Aristotel Onnasisin nəşini Yunanıstana daşıyıb.

68 yaşlı Kempel heç vaxt ailə qurmayıb və uşaqları yoxdur. Ona görə də, laynerin içində nisbi təmizlikdir.

O qatlanan divanda yatır. Mətbəx yemək hazırlamaq üçün ideal səviyyədə olmasa da, qənaətbəxşdir. Mühəndis ayda iki dəfə bazarlıq edərək ərzaq tədarükü görür.

“Mənim həyat tərzim məni tam qane edir. Suyum, işığım, internetim var. Yeməyi özüm bişirirəm. Bəzən yanıma turistlər gəlir. Mənim saytımda ekskursiyanı bron etmək olur”, -deyə təyyarə-evin sahibi bildirib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri