25 
May
2018
22:22
355
60
5045
Virtual karabakh

Putin ardıcıl üçüncü dəfə prezident olmayacaq

25 May, 2018
22:22
5045

Putin ardıcıl üçüncü dəfə prezident olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya federasiyasının konstitusiyasında açıq-aydın yazılıb: iki dəfədən artıq müddətə seçilmək olmaz.

Oxu.Az RT-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq iqtisadi forumunda verdiyi açıqlamada bildirib.

“Mən həmişə Rusiya Federasiyasının konstitusiyasını rəhbər tutmuşam. Konstitusiyada açıq aydın yazılıb. Ardıcıl iki müddətdən artıq olmaz. Məndə hazırda ikinci müddətdir.

Bildiyiniz kimi, buna qədər iki dəfə prezident olmuşam, sonra prezident postunu tərk etmişəm, çünki Konstitusiya üçüncü dəfə prezident seçilməyə icazə vermirdi, vəssalam.

Mən gələcəkdə də bu qaydanı rəhbər tutmaq niyyətindəyəm”, -deyə Putin bildirib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri