30 
May
2018
23:45
349
75
10389
Virtual karabakh

Əsəd onu “heyvan” adlandıran Trampın cavabını verdi

30 May, 2018
23:45
10389

Əsəd onu “heyvan” adlandıran Trampın cavabını verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya prezidenti Bəşər Əsəd “RT” telekanalına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi təhqiramiz ifadəyə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, telekanalın müxbiri Əsədin amerikalı həmkarını necə adlandırdığını öyrənməyə çalışıb.

“Mən belə dildə danışmıram və bu cür ifadələr səsləndirən deyiləm. Bu dildə yalnız Tramp özünü ifadə edir, bu da onun səviyyəsindən xəbər verir”, -deyə suriyalı prezident bildirib.

Onun sözlərinə görə, Trampın həmin çıxışı heç bir şeyə təsir etmir və yalnız  etika və əxlaq normalarını əsas tutan sağlam düşüncəli insanları dinləmək lazımdır.

“Tramp kimi insanların fikri isə, mənim heç vecimə də deyil”, - deyə Əsəd sözünü tamamlayıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri