31 
May
2018
10:40
148
23
3466
Virtual karabakh

ABŞ və Avropa Birliyi yeni “müharibə”nin astanasında

31 May, 2018
10:40
3466

ABŞ və Avropa Birliyi yeni “müharibə”nin astanasında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ABŞ prezidenti Donald Tramp Avropa Birliyindən polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsi barədə qərarını açıqlaya bilər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri mənbəyə istinadla məlumat yayıb. 

Onun sözlərinə görə, əgər Vaşinqton və Brüssel son anda kompromis əldə etsə, Ağ Evin planları dəyişə bilər. 

Bu ilin aprelində ABŞ prezidenti Almaniya kansleri Angela Merkeli “Cənub axını – 2” qaz kəmərinin tikintisi layihəsindən imtina etməyə çağırıb. Bunun qarşılığında o, Avropa Birliyi ilə qarşılıqlı ticarət üçün yeni təkliflərini açıqlayacaqdı. 

Xatırladaq ki, martın 9-da Tramp ABŞ-a polad və alüminiuma idxal rüsumlarının tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri