İyn
2018
22:01
33
390
2486
Virtual karabakh

Qəzzada toqquşmalar: 100-dən çox yaralı – FOTO + VİDEO

1 İyn, 2018
22:01
2486

Qəzzada toqquşmalar: 100-dən çox yaralı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsraillə Qəzza bölgəsinin sərhədində baş verən toqquşmalarda gənc fələstinli etirazçı həlak olub, 100 dən çox insan yaralanıb.

Oxu.Az xəbər verir ki, bu haqda “WAFA” məlumat yayıb.

İnformasiyaya görə, 21 yaşlı fələstinli qız Xan Yunus yaşayış məntəqəsinin şərqində keçirilən aksiya zamanı həlak olub.

Toqquşmalarda İsrail hərbçilərinin etirazçıları atəşə tutduğu bildirilir. Zərərçəkənlərdən 40 nəfərə yaxını güllə yarası ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

İsrail Qəzza sərhədində “Böyük qayıdış yürüşü” adı altında keçirilən etirazlar sərasər on həftədir ki, davam edir. Etirazçıların İsrail hökumətindən əsas tələbi, fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarıdır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri