İyn
2018
19:46
526
21
13552
Virtual karabakh

İşğal olunmuş Xankəndidə etirazlar başlayıb – FOTO + VİDEO

2 İyn, 2018
19:46
13552

İşğal olunmuş Xankəndidə etirazlar başlayıb – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal olunmuş Xankəndinin mərkəzində sakinlər fəaliyyətdə olan güc strukturlarına qarşı etiraz aksiyalarına başlayıb.

Oxu.Az-ın Sputnik Ermənistan-a istinadla verdiyi xəbərə görə, bu barədə fəallardan biri Tiqran Qriqoryan “Facebook” səhifəsində yazıb.

Etirazçılar şəhərin küçələrindən birini bağlayıblar. Onlar bütün güc strukturlarının istefasını tələb edirlər. Etirazlar dünəndən başlayıb. Belə ki, qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin” (MTX) üzvləri iki vətəndaşı döyüb.

Qriqoryan qeyd edir ki, bu cür özbaşnalıqlar dəfələrlə təkrarlanıb.

Yaxın günlərdə də şəhərdə “MTX” əməkdaşları ilə sakinlər arasıda dava olub, nəticədə 15 vətəndaş saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri