İyn
2018
22:19
32
246
3553
Virtual karabakh

Faciə yerində çəkilən selfi italiyalıları hiddətləndirib

4 İyn, 2018
22:19
3553

Faciə yerində çəkilən selfi italiyalıları hiddətləndirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Pyaçentsa şəhər vağzalında kanadalı turisti qatar vurub. Xilasedicilər qadına relslər üzərində ilkin tibbi yardım göstərdiyi bir vaxtda gənc oğlan həmin fonda selfi çəkdirib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, həmin gəncin bu hərəkəti sosial şəbəkələrdə böyük etirazlara səbəb olub.

Gəncin selfi çəkdiyi anı lentə alan yerli fotoqraf onun əxlaq normalarından ümumiyyətlə anlayışı olmadığını dilə gətirib.

Polis həmin gəncə yaxınlaşaraq mobil telefonundakı qalmaqallı selfini sildirib.

Qeyd edək ki, qatarın altında qalan kanadalı qadın sağ qalsa da, bir ayağı amputasiya olunub.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri