İyn
2018
23:09
54
191
5571
Virtual karabakh

Filippin prezidentinin öpüşü qalmaqal yaratdı – VİDEO

4 İyn, 2018
23:09
5571

Filippin prezidentinin öpüşü qalmaqal yaratdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippin prezidenti Rodriqo Dutertenin Seulda diaspora üzvü olan qadını dodaqlarından öpməsi feministlərin qəzəbinə tuş gəlib.

Oxu.Az xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

Duterte özü bunun bir zarafat olduğunu bildirib. Filippin prezidenti ilə öpüşən evli qadın Bea Kim də jurnalistlərdən məsələni həddindən artıq şişirtməməyi xahiş edib.

Habelə filippinli feministlərin iddiasına görə, bu öpüş dövlət başçısının qadınlara qarşı “seksist münasibətinin” bariz nümunəsidir.

“Kimlərisə əyləndirmək məqsədi ilə qadını öpmək olmaz. Bu onun qadınlara olan münasibətindən xəbər verir. Onun qadına bir əyləncə vasitəsi kimi yanaşdığını göstərir. O, düşünür ki,  başqa insanlar, xüsusilə qadınlar üzərində öz hökmranlığını açıq-aşkar nümayiş etdirmək olar” ,- deyə “Qabriela” qadınlar  partiyasının baş katibi Homs Salvador bildirib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri