İyn
2018
02:10
72
151
2202
Virtual karabakh

Rusiya Belarusun süd məhsullarına qadağa qoydu

5 İyn, 2018
02:10
2202

Rusiya Belarusun süd məhsullarına qadağa qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rosselxoznadzor” iyunun 6-dan etibarən Belarusda istehsal olunan süd və bəzi süd məhsullarının Rusiyaya idxalını məhdudlaşdıracaq.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qadağa 2,5 litrdən çox tutumu olan istehlakçı qablaşdırmasında olan süd məhsullarına şamil edilir.

“Rosselxoznadzor” bu qərarı idxal olunan məhsullarda bir sıra pozuntuların ortaya çıxması ilə əlaqələndirib. Qadağanın nöqsanların aradan qaldırılmasından sonra ləğv olunacağı bildirilir.

Xatırladaq ki, bundan əvvəl fevral ayında da Belarusda istehsal olunmuş süd məhsullarının Rusiyaya idxalı qadağan edilmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri