İyn
2018
20:28
338
17
2119
Virtual karabakh

ABŞ hərbi cinayətlərdə ittiham olundu

5 İyn, 2018
20:28
2119

ABŞ hərbi cinayətlərdə ittiham olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərinə endirdiyi aviazərbələrlə beynəlxalq humanitar normaları kobud şəkildə pozub və bu böyük ehtimalla hərbi cinayətlərə yol açıb.

Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, bu haqda “Amnesty International” insan haqları təşkilatının  hesabatında qeyd olunur.

Sənədə görə, alyansın hava zərbələri nəticəsində həmin vaxt İŞİD-in əsarətində olan Rəqqa şəhərində minlərlə dinc sakin həlak olub və yaralanıb.

Təşkilat eyni zamanda hava zərbələrinin seçilmiş hədəflər üzrə deyil, kortəbii şəkildə həyata keçirildiyini və nəticədə şəhərdə böyük dağıntıların törədildiyini iddia edir.

Təşkilatın əməkdaşları hesabatın hazırlanmasında yerli sakinlərdən, o cümlədən 90 qohumunu və ya qonşusunu itirmiş dörd ailədən alınan müsahibələrdən istifadə edib.

Qeyd edək ki, koalisiyanın rəsmi məlumatına görə, 2014-2018-ci illər ərzində beynəlxalq koalisiyanın İraq və Suriyaya endirdiyi hava zərbələrində 892 dinc sakin təsadüfi qurban olub.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri