İyn
2018
23:21
503
92
3093
Virtual karabakh

İran nüvə proqramını bərpa etdi

5 İyn, 2018
23:21
3093

İran nüvə proqramını bərpa etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran  hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“Ötən gün biz BAEA-nə məktub göndərmişik. Həmin məktubda nüvə proqramı kontekstində işlərin başlandığını qeyd etmişik. Agentlik bu gün məktubu qəbul edib. Ona görə, bu gündən etibarən prakitiki addımlara başlayırıq” – deyə Salehi bildirib.

Onun sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri