İyn
2018
10:03
156
32
2504
Virtual karabakh

Tramp Meylə görüşdən imtina etdi

8 İyn, 2018
10:03
2504

Tramp Meylə görüşdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp qərəzli münasibətinə görə Böyük Britaniya baş naziri Tereza Mey ilə ikitərəfli danışıqlar aparmaqdan imtina edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Telegraph” qəzeti Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp Meyin “öyrədici” tonundan bezib. Bununla yanaşı, telefon danışığı zamanı Meyin bəzi məsələlərin müzakirəsində dərhal siyasi detallara yönəlməsi amerikalı liderin xoşuna gəlməyib.

Qəzetin digər mənbəsi bildirib ki, Tramp Meyin tez-tez ona yönəltdiyi və ABŞ ilə əlaqələrdən faydalanmaq istəyi kimi görünən istəklərindən təngə gəlib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri