İyn
2018
10:39
100
452
4005
Virtual karabakh

ABŞ-da şagirdlərə marixuana istifadəsinə icazə verildi

9 İyn, 2018
10:39
4005

ABŞ-da şagirdlərə marixuana istifadəsinə icazə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Kolorado ştatında məktəblərdə çalışan tibb bacılarına valideynlərin yazılı icazəsi olduqda şagirdlərə marixuana verməyə icazə verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Denver Post nəşri yazır.

Yeni qaydalara əsasən, şagirdlərin qanuni nümayəndələri məktəbin tibb məntəqəsinə narkotik preparatlar gətirə bilərlər. Bu preparatlar lazım olduqda uşaqlara veriləcək, məsələn, hansısa xəstəlik zamanı.

Marixuana qapalı qutularda saxlanılacaq və yalnız həkimin təyinatı ilə onu qəbul edən uşaqlara veriləcək. 

Məktəblilər özləri marixuananı təhsil ocağına keçirə bilməyəcəklər, o cümlədən məktəb avtobusunda da narkotik preparatın istifadəsi qadağandır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri