İyn
2018
17:32
51
772
14773
Virtual karabakh

İsrailin qaz qumbarası fələstinlinin ağzına düşdü

9 İyn, 2018
17:32
14773

İsrailin qaz qumbarası fələstinlinin ağzına düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 8-də Qəzza-İsrail sərhədində baş verən toqquşmalar zamanı israilli hərbçilərin buraxdığı gözyaşardıcı qaz balonu fələstinli gənclərdən birini ağır yaralayıb.

Oxu.Az xəbər verir ki, qaz qumbarası onun yanağını cıraraq qismən ağız boşluğuna daxil olub.

Hadisənin tükürpədici təsvirini “Reuters” agentliyinin hadisə yerində olan fotoqrafı lentə alıb.

“İsrail hərbçisi yolsuzluq avtomobilindən çıxıb, gözyaşardıcı qaz qumbarası atdı. Nümayişçilər qaçmağa başladılar.Geri qaçırdılar. Onlardan birininin ağzından tüstü çıxırdı”, - deyə “Reuters”in müxbiri danışıb.

Qumbara 23 yaşlı Hatəm Əbu Səblənin üzünə tuş gəlib və onun ağız boşluğuna daxil olub. Yaralı gənc bayğın vəziyyətdə var-gəl etməyə başlayıb, sonrada huşunu itirərək, yerə yıxılıb.

Ətrafda olanlar ona ilkin yardım göstərib. Daha sonra onu xəstəxanaya aparıblar. Cərrahlar qumbaranın yanağında ilişib qalmış korpusunu çıxarsalar da, Hatəm reanimasiyaya düşüb və hazırda ölümlə çarpışır.

Hadisə şahidlərinin dediyinə görə, başqları İsrail hərbçiləri olan tərəfə daş atdığı halda, o sadəcə dinməz şəkildə kənarda durmuşdu və aktiv etiraz edənlərdən deyildi.

Qeyd edək ki, ötən gün Qəzzada baş verən toqquşmalarda 4 fələstinli ölüb, 600-dan çox insan yaralanıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri