10 
İyn
2018
00:10
407
167
5743
Virtual karabakh

Gürcüstanda rus turist döyülüb – VİDEO

10 İyn, 2018
00:10
5743

Gürcüstanda rus turist döyülüb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Qudauri kənd sakinləri rus pilot Fedor Çalışevi döyüblər.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, insidentin videosu və ətraflı məlumat Facebook səhifəsində yerləşdirilib.

“30 nəfər sakin “bu mənim torpağımdır” fikri ilə pilot Fedor Çalışevi ölümcül haladək döyüblər. Onu təpiklə, daşla, bütün bədəninə xəsarət yetirərək döyüblər. Fedor ağır kəllə-beyin travması alıb, burnu sınıb. Eləcə də maşınının şüşələri sındırılıb”, - bu sözləri Nina Topolskaya yazıb.

Həmçinin o, sözlərinə əlavə edib ki, hadisə yerinə çağırılan polis heç nə edə bilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi “Zorakılıq” və “Özgə mülkünə zərər yetirmə” maddələri üzrə cinayət işi açıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri