11 
İyn
2018
23:58
394
31
8386
Virtual karabakh

Almaniyadan “Gülən”ə ağır zərbə

11 İyn, 2018
23:58
8386

Almaniyadan “Gülən”ə ağır zərbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya hökuməti ilk dəfə olaraq “Paralel dövlət” (FETÖ) terrorçu cərəyanının Türkiyədə 15 iyul hadisələrində rol oynadığını açıq şəkildə bəyan edib.

Oxu.Az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

“Əlimizdə olan məlumatları nəzərə alsaq, “Gülən” hərəkatı iştirakçılarının Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etdiyini istisna edə bilmərik”, - deyə Almaniya XİN-nin rəsmi nümayəndəsi agentliyin müxbirinə bildirib.

Xatırladaq ki, 15 iyul (2016) hadisəsindən bir neçə ay sonra rəsmi Berlin, o cümlədən Almaniya federal kəşfiyyat xidmətinin rəisi Bruno Kal “FETÖ”nün Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakını şübhə altına almışdı

Həmin vaxt Berlinin bu bəyanatı Türkiyə hökuməti tərəfindən qəzəblə qarşılanmışdı.  

“Der Spiegel” jurnalının son nəşrində çıxan məqaləyə əsasən Almaniya hökuməti artıq “FETÖ”lə bağlı mövqeyini dəyişməyə hazırlaşır. Berlinin Türkiyə tərəfinin həmin təşkilatın fəaliyyəti ilə bağlı xəbərdarlıqlarından nəticə çıxardığı deyilir.

Bundan başqa məqalədə Almaniya XİN-nin “FETÖ” ilə bağlı fevral hesabatına xatırlama var. Həmin hesabata görə, “FETÖ”nün fəaliyyəti mütəşəkkil cinayətkar təşkilat prinsipi əsasında qurulub.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri