12 
İyn
2018
19:50
22
461
2820
Virtual karabakh

Almaniyada müsəlman qadın irqi zəmində küçədə döyüldü

12 İyn, 2018
19:50
2820

Almaniyada müsəlman qadın irqi zəmində küçədə döyüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Qelzenkirxen şəhərində 43 yaşlı türk Ayşə Binək qatı millətçi tərəfindən döyülüb.

Oxu.Az xəbər verir ki, insident şəhər bələdiyyəsinn yaxınlığında baş verib.

Zərərçəkən verdiyi açıqlamada baş örtüyündə olduğuna görə hücuma məruz qaldığını bildirib. Qadın avtomobili duracağa qoyan zaman, velosipeddə olan həmin şəxs onun qarşısını kəsib, və onu avtomobildən düşürərək döyməyə başlayıb.

Azğınlaşmış millətçinin əlindən qadını həmyerlisi xilas edib. Qadına əsassız şəkildə fiziki xəsarətlər yetirmiş kişi saxlanılaraq, polisə təhvil verilib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri