12 
İyn
2018
19:12
283
19
1759
Virtual karabakh

Netanyahu korrupsiya ilə bağlı dindirilib

12 İyn, 2018
19:12
1759

Netanyahu korrupsiya ilə bağlı dindirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail baş naziri Binyəmin Netanyahu Almaniyadan sualtı qayıqların alınmasında yol verilən korrupsiya halları ilə bağlı istintaq çərçivəsində ilk dəfə olaraq  polis tərəfindən dindirilib.

Oxu.Az xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb.

İsrailin hökumət başçısının adı  “3000 saylı iş” üzrə bilavasitə fiqurant kimi hallanmasa da , onun Almaniyanın gəmiqayırma şirkətləri ilə əlaqələri olan şəxsi vəkilli David Şimronun adı şübhəlilərin siyahısındadır.

Netanyahu vəkilinin Almaniyanın sənaye şirkətləri ilə əlaqələrinin olmasından bixəbər olduğunu bildirib. Onun sözlərinə görə, “Delfin” tipli üç sualtı-qayığın alınması ilə bağlı qərarı tam şəffaf olub və heç bir şəxsi səviyyədə olan münasibətlər bu qərarın qəbul olunmasına təsir etməyib.

Qeyd edək ki, İsrail baş nazirinin adı bundan başqa “1000 saylı” cinayət işində hallanır. Həmin istintaqa görə Netanyahu işgüzar dairələrdən ümumilikdə 300 min dollar məbləğdə hədiyyələr qəbul etməklə şübhəli bilinir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri