13 
İyn
2018
10:01
166
13
4438
Virtual karabakh

Tramp De Niroya cavab vermək istəyərkən pərt oldu

13 İyn, 2018
10:01
4438

Tramp De Niroya cavab vermək istəyərkən pərt oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp aktyor Robert De Nironun onun ünvanına səsləndirdiyi təhqiredici ifadələrə cavab verib. O bildirib ki, bu, aktyorun başına dəyən çox sayda zərbələrin nəticəsidir. 

Oxu.Az xəbər verir ki, Tramp fikirlərini “Twitter” hesabında yazıb. 

“IQ səviyyəsi aşağı olan Robert De Niro kino çəkilişləri zamanı həqiqi boksçulardan çox sayda zərbələr alıb. Mən ötən gecə onun çıxışına baxdım və inanıram ki, o, aldığı yumruqlardan “sərxoş” olub. 

Düşünürəm ki, o, hazırda iqtisadiyyatın çox yaxşı vəziyyətdə olduğunu, məşğulluq səviyyəsinin maksimuma çatdığını, bir çox şirkətlərin bizim ölkəmizə pullar yatırdığını anlamır. Ayıl, boksçuların qum torbası!”, - prezident yazıb. 

Qeyd edək ki, Trampın yazdığı “tweet”də buraxdığı qrammatik səhvlər istifadəçilərin gülüşünə səbəb olub. 

Aktyor Robert De Niro Nyu-Yorkda “Toni” mükafatının təqdimolunma mərasimində ABŞ prezidenti Donald Trampı söyüb.

De Niro rokçu Bryus Sprinqstini nominasiyalardan birinin qalibi olduğunu elan etmək üçün səhnəyə çıxıb. 

“Mən bir söz demək istəyirəm. Trampın ***”, - De Niro bildirib. 

Onun bu sözlərini zaldakı aktyor, rejissor və prodüsserlər alqışla qarşılayıb. 

Məlumata görə, mükafatın təqdimetmə mərasimi CBS telekanalı vasitəsilə canlı yayımlanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri