13 
İyn
2018
10:22
258
11
3226
Virtual karabakh

Erməni KİV: Yerevanın müttəfiqləri Bakını dəstəkləyir

13 İyn, 2018
10:22
3226

Erməni KİV: Yerevanın müttəfiqləri Bakını dəstəkləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın günlərdə Ermənistan baş naziri Nikol Paşinyan ilk idarəçilik dövründə ikinci dəfə Rusiyaya səfər edəcək. 

Oxu.Az xəbər verir ki, bu, son günlər aparıcı erməni nəşrlərində əsas müzakirə edilən məsələlərdən biridir. 

“1in.am” portalı yazır ki, Paşinyanın Rusiyaya səfərində məqsəd futbol üzrə dünya çempionatının açılış mrəasimində iştirak etməkdir, ancaq liderlərin mətbuat xidmətlərinin məlumatında Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi bildirilib. 

“Əlbəttə, Ermənistan kimi kasıb ölkənin liderinin yalnız idman məsələsinə görə səfəri böyük fəxr olardı”, - nəşrin məlumatında deyilir. 

Erməni KİV təsdiq edir ki, Yerevan üçün daha qəddar KTMT və AİB-dəki vəziyyətdir:

“Ermənistanın nominal müttəfiqləri nəinki bəyanatlarında, həmçinin işlərində Azərbaycanı dəstəkləyir”.

Nəşr yazır ki, Ermənistanın problemlərinin daha məzmunlu, iç tərəfi var: 

“Öz idarəetmə müddətində baş nazir birtərəfli xarici siyasət yeridərək, yalnız Rusiyaya qarşı böyük fəallıq göstərir. Nikol Paşinyan bəyan edib ki, onun əsas məqsədi ölkəni Avropa modeli üzərində qurmaqdır”, - sayt yazır.  

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri