13 
İyn
2018
19:30
216
89
4174
Virtual karabakh

Krım işıqsız qaldı - YENİLƏNİB

13 İyn, 2018
19:30
4174

Krım işıqsız qaldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Krım bölgəsinin işıq təchizatı bərpa olunub.

Oxu.Az xəbər verir ki, bu haqda Rusiyanın Energetika nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Nazirliyin məlumatına görə, yarımadada işığın tam kəsilməsi yerli vaxtla 15:04-də qeydə alınıb.  Bu Krasnodar diyarına da təsirsiz ötüşməyib.

Krasnodarda 100 min, Krımda isə iki milyona yaxın sakinin işıqsız qaldığı bildirilir. Yerli vaxtla 17:22-də hər iki bölgədə elektrik təchizatı bərpa olunub.

Krım başçısı Serqey Aksenovun sözlərinə görə, işıqların kütləvi şəkildə kəsilməsinə “Taman” yarımstansiyasında gərginliklə bağlı yaranan problemlər səbəb olub.

17:15

Krımın bütün ərazisi işıqsız və mobil rabitəsiz qalıb. 

Oxu.Az bununla bağlı “Krıminform” nəşri məlumat yayıb. 

Məlumatlara görə, yerli vaxtla 15:25-də yarımadaya verilən enerji təchizatı dayandırılıb. Bu məlumatı Krımın telekommunikasiya sahəsində çalışan iki mənbə təsdiqləyib. 

“Bütün Krım və Sevastopol enerjisiz qalıb. Təfərrüatlarını araşdırırıq”, - mənbə bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri