14 
İyn
2018
22:45
241
135
6706
Virtual karabakh

Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirilib

14 İyn, 2018
22:45
6706

Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Qara dənizi və Krım hərbi dəniz donanmasının  qüvvələri ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi fonunda hərbi hazır vəziyyətə gətirilib.

Oxu.Az xəbər verir ki, bu haqda “Reuters” Rusiyadan olan hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dünya çempionatı ərzində Ukrayna tərəfindən təxribatın törədiləcəyini gözlənilir. Belə ki, mənbə Kiyevin turnir ərəfəsində Azov dənizi və Qara dənizdə hərbi iştirakını artırdığını iddia edir.

Ukrayna hökuməti qeyd olunan su hövzələrinə əlavə hərbi gəmilər səfərbər edib, həmçinin sahil mühafizəsini gücləndirib, hərbi aviasiyanın bölgədəki  uçuşlarını artırıb.

Mənbə Rusiya hərbi donanmasının yüksək hərbi hazırlıq vəziyyətinin iyulun 31-ə kimi qüvvədə olacağını söyləyib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri