17 
İyn
2018
09:14
64
423
8738
Virtual karabakh

Moskvada iki azərbaycanlı yaralanıb – YENİLƏNİB + FOTO/VİDEO

17 İyn, 2018
09:14
8738

Moskvada iki azərbaycanlı yaralanıb – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır. 

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir Ukrayna vətəndaşı var. 

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. 

Araşdırma aparılır.

16 iyun 21:48

Moskvada meksikalı azarkeşlərin üzərinə taksi sürənin kimliyi müəyyənləşib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu, Qırğızıstanda anadan olmuş Çingiz Anarbek olub.

21:15

Moskvanın mərkəzində taksi bir qrup meksikalı azarkeşə çırpılıb.

Oxu.Az xəbər verir ki, taksi əvvəl yol nişanında dəyib, daha sonra idarətetməni itirən sürücü onu insanların içinə sürüb.

İlkin məlumata görə, səkkiz nəfər yaralanıb.

Sürücü qaçmağa çalışsa da, o, tezliklə nəzarətə alınıb.

Qəzanın səbəbləri, eləcə də, qəzaya məruz qalan insanların vəziyyəti müəyyənləşdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri