18 
İyn
2018
17:43
247
48
7565
Virtual karabakh

Sürücünün ürəyi getdi, avtobus ən son anda qəzadan qurtuldu - VİDEO

18 İyn, 2018
17:43
7565

Sürücünün ürəyi getdi, avtobus ən son anda qəzadan qurtuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində iki fədakar sərnişin sürücüsünün huşu getmiş avtobusu vaxtında saxlamağa nail olub.

Oxu.Az xəbər verir ki, bu haqda Global Times məlumat yayıb.

Çjezyan əyalətinin Vençjou şəhərində baş vermiş insident avtobusun salonuna quraşdırılmış kameranın obyektivinə düşüb.

Görüntüdə sükan arxasında olan sürücünün anidən özündən getdiyini və rulun sağa doğru dönməyə başladığını görmək olur.

Bir neçə saniyə sonra onun yanına iki kişi özünü yetirir. Onlardan biri sükanı nəzarətə götürərək, avtobusu saxlayır, digəri isə sürücüyə yardım göstərməyə çalışır.

Sərnişinlərin çevik reaksiyası və sayıqlığı sayəsində 30 sərnişindən heç bir xəsarət almayıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri