19 
İyn
2018
16:05
119
306
11448
Virtual karabakh

Məşhur amerikalı reper öldürülüb - VİDEO + YENİLƏNİB

19 İyn, 2018
16:05
11448

Məşhur amerikalı reper öldürülüb - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə silahlı hücum qurbanı olmuş reper Casey Dueyn Onfroyun hadisə yerindən çəkilmiş görüntüsü yayılıb.

Oxu.Az xəbər verir ki, “YouTube” portalına yüklənən videoda “XXXTencation”u bahalı idman maşının sükanı arxasında hərəkətsiz vəziyyətdə olduğunu görmək olur.

Hadisə yerinə özünü çatdıran bir kişi onun nəbzini yoxlamağa çalışır.

Reper aldığı güllə yarasında komaya düşüb, daha sonra isə həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

09:14

Ötən gün ABŞ-ın Florida ştatında 20 yaşlı reper “XXXTentacion” vəfat edib. Ölümcül güllə yarası almış reper xəstəxanada komaya düşdükdən bir müddət sonra keçinib.

Oxu.Az xəbər verir ki, Florida ştatının Broudard polis idarəsi əsl adı Casey Dueyn Onfroy olan reperin qətlinin təfərrüatını açıqlayıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, reperə küçədə iki silahlı şəxs hücum edib, onlardan biri tapançadan atəş açıb.

Reperi ağır yaraladıqdan sonra cinayətkarlar onun bahalı “Louis Vuitton” brendindən olan çantasını oğurlayıb və tünd-boz yolsuzluq avtomobilinə minərək aradan çıxıb. Müstəntiqlər cinayətin qarət məqsədilə törədildiyini ehtimal edir.

İstintaq davam edir. Hüquq mühafizə orqanları hadisənin şahidlərini tapmağa çalışır.

Qeyd edək ki, “XXXTentacion”ın debüt albomu 2017-ci ilin avqust ayında işıq üzü görüb və “Billboard 200” çartında ikinci yeri tutub.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri