20 
İyn
2018
21:38
16
452
5664
Virtual karabakh

Səhv resept 456 xəstəni öldürdü

20 İyn, 2018
21:38
5664

Səhv resept 456 xəstəni öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Hempşir qraflığında yerləşən Gosport War Memorial xəstəxanasında pasiyentlərə güclü ağrıkəsicilərin verilməsi nəticəsində 456 nəfər həlak olub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə 2014-cü ildən bəri milyonlarla tibbi sənədi araşdıran müstəqil komissiyanın hesabatında deyilir.

İddiaya görə 1989-2000-ci illər ərzində xəstəxananın pasiyentlərinə izafi dozalarda kliniki təsdiq olunmamış opioidlər verilib.

Qalmaqalın əsas fiqurantlarından olan həkim Ceyn Barton 1996-1999-cu illər ərzində 12 xəstəyə tibbi yardımın göstərilməsində səhlənkarlığa görə töhmət alsa da, ona qarşı heç bir cinayət işi açılmayıb və ölüm halları ilə bağlı faktlar üzə çıxdığı ərəfədə təqaüdə çıxıb.

Britaniya baş naziri Tereza Mey baş verənlərə görə dərindən üzüldüyünü bildirib. Qurbanların ailələrindən üzr istəyən Mey  Milli səhiyyə idarəsinə qalmaqalı hərtərəfli araşdırmağı tapşırıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri