21 
İyn
2018
10:08
98
22
1974
Virtual karabakh

London Putinlə Trampın mümkün görüşündən narahatdır

21 İyn, 2018
10:08
1974

London Putinlə Trampın mümkün görüşündən narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında iyula planlaşdırılan görüşdən narahatdır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Times” nəşri Britaniya hökumətindəki yüksək vəzifəli mənbəyə istinadla məlumat verib. 

“Bu görüşün NATO sammitindən və Trampın Britaniya səfərindən əvvəl və ya sonra baş tutacağı məlum deyil”, - mənbə deyib. 

Onun sözlərinə görə, görüşün ATƏT-in baş qərargahının yerləşdiyi Vyanada baş tutması realdır. 

Londonun narahatlığına səbəb ondan ibarətdir ki, Trampın Putinlə görüşü amerikalı liderin NATO-dakı məqsədlərinə mənfi təsir göstərə bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri