21 
İyn
2018
10:36
79
37
1505
Virtual karabakh

ABŞ bəzi təşkilatlarla işləməkdən imtina etdi

21 İyn, 2018
10:36
1505

ABŞ bəzi təşkilatlarla işləməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ BMT İnsan Haqları Şurasında islahatları dəstəkləməyən Human Rights Watch (HRW) və bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı HRW təşkilatına ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məktub göndərib. 

“Bilməlisiniz ki, BMT İnsan Haqları Şurasında islahatlara mane olmağınız ABŞ-ın şuradan çıxmasının əsas səbəblərindədir”, - məktubda deyilir. 

Heyli qeyd edib ki, bir il öncə İnsan Haqları Şurasında islahatlar üçün əsas istiqamətləri açıqlamışdı: “Şuranın tərkibinin keyfiyyətini yaxşılaşdırmaq” və “İsrailə qarşı olan münasibətlərdən” qurtulmaq. 

Heylinin fikrincə, islahatlara mane olmaqla HRW insan haqları məsələsində Rusiya və Çinin tərəfində dayanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri