21 
İyn
2018
11:17
11
89
4024
Virtual karabakh

Aparıcının göz yaşlarına inanmadılar - VİDEO

21 İyn, 2018
11:17
4024

Aparıcının göz yaşlarına inanmadılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkə istifadəçiləri canlı yayım zamanı göz yaşlarını saxlaya bilməyən MSNBC telekanalının aparıcısı Reyçel Meddounu riyakarlıqda ittiham ediblər. 

Oxu.Az xəbər verir ki, aparıcı ABŞ sərhədçiləri tərəfindən miqrantların uşaqlarının zorla alınması xəbərindən təsirlənib. 

Meddou mətni oxuyan zaman dayanıb və göz yaşı axıdıb, daha sonra isə istehza ilə gülüb. Bundan sonra o, özünü ələ ala bilməyib və verilişi yekunlaşdırıb. 

Bir çox istifadəçilər aparıcının bu hərəkətini tənqid edib.

“Və Oskar verilir...” - @bminoske yazıb. 

“Heç vaxt inanmaram ki, Reyçer Meddou dünyadakı uşaqların qayğısına qalır. Bu, həmişə olduğu kimi pozadır”, - @YourLocalJacob qeyd edib. 

Ancaq bununla yanaşı, aparıcının göz yaşlarına inananlar da olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri