21 
İyn
2018
13:55
77
32
5325
Virtual karabakh

Arxeoloqların sensasiyalı tapıntısı: Qeyri-adi mumiya

21 İyn, 2018
13:55
5325

Arxeoloqların sensasiyalı tapıntısı: Qeyri-adi mumiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peterburq Maddi Mədəniyyət Tarixi İnstitutunun arxeoloqları Tuvada qeyri-adi mumiya aşkar ediblər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi institutun mətbuat xidmətinə istinadla məlumat yayıb. 

Məlumatda bildirilib ki, mumiya daş qutunun içərisində, Tenezin məzarlığında tapılıb. 

Cəsədin yaşı iki min ildən çoxdur: təxminən eramızdan əvvəl I əsrə aiddir. 

Alimlərin qiymətləndirmələrə görə, mumiya əla vəziyyətdədir: yumşaq parça, dəri və geyim korlanmayıb. 

Yeni tapıntı 1993-cü ildə Ak-Alaxa məzarlığında aşkar edilən Altay şahzadəsi Ukoko ilə rəqabət apara bilər. Yeri gəlmişkən, şahzadənin mumiyası ətrafında mübahisələr səngimək bilmir. 

Yerli sakinlər qadının cəsədinin basdırılmasını tələb edirlər. 2016-cı ildə oonlar Altay şəhər məhkəməsinə müraciət etsələr də, istəkləri yerinə yetirilməyib. 

Alimlər tapıntının elm üçün çox dəyərli olduğunu bildiriblər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri